16 dinc Əfqanıstan sakinin qətlində ittiham olunan ABŞ hərbçisi Robert Beyls suçunu etiraf etmək üçün istintaqla sövdələşməyə razılıq verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ona qarşı irəli sürülən ittihamı etiraf etdiyi halda Robert Beylsə barəsində ölüm hökmü çıxarılmayacaq.
Vəkil bildirib ki, Beyls iyunun 5-də məhkəmə törətdiyi cinayəti boynuna alacaq.
O, 2012-ci il martın 11-də gecə Əfqanıstanın Qəndəhar əyalətində iki kəndə basqın etmək suçlu bilinir. Çox uşaq və qadın olmaqla 16 nəfər bu basqının günahsız qurbanı olub.