2012-ci ilə dünya üzrə 8500 artıq terror hadisəsi qeydə alınıb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, 15,5 minə yaxın insan bu cinayətlərin qurbanı olub.
Bu ABŞ Merilend Universiteti yanında terrorçuluğun araşdırılması və ona cavab üzrə Milli Konsorsiumun yeni hesabatında açıqlanıb.
Bu mərkəz ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən maliyyələşdirilir.
Bu sahə üzrə işlər 1970-ci ildən müşahidə edilir. 2011-ci ildə 5 min terror basqını qeydə alınıb. 2007-ci ildə terrorçular 12,8 min insanı qətlə yetirib.
Amerikalı araşdırıcılar teraktların çoxunu müsəlman əhali yaşayan bölgələrdə gerçəkləşdirilidiyinə diqqəti çəkib. 7 qanı cinayətdən 6-sı «əl-Qaidə» ilə əlaqəlidir.
Hesabat bütünlük bu ilin dekabrında dərc ediləcək. Bununla belə mərkəz «CNN» telekanalında məlumatla tanışlığa imkan yaradıb.