13 yaşlı qız «sünnət» zamanı ölüb - ARAŞDIRMA
11 iyun 2013 06:44 (UTC +04:00)

13 yaşlı qız «sünnət» zamanı ölüb - ARAŞDIRMA

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, 1996-cı ildən Misirdə bu adətin yasaqlanmasına dair qanun qəbul edilsə də bir çox bunun «tibbi önəmini» izah edərək, cərrahiyyə əməliyyatı keçirir.

 

«Biz qızımızı tibb bacısı və həkimin yanında saxladıq. 15 dəqiqədən sonra onu və daha 3 qızı cərrahiyyə otağından çıxatdılar. Bizə onun yarım saatdan sonra ayılacağını dedilər. Onlar ayılsa da, qızımız ayılmadı» -deyə, mərhumun atası Məhəmməd İbrahim «əl-Məsir əl-Yum» qəzetinə müsahibəsində bildirib.

 

Meyitin yarılması nəticəsində tibbi-məhkəmə ekspertləri müəyyənləşdirib ki, ölümün baş verməsinə səbəb qan təzyiqinin kəskin aşağı düşməsidir, bu isə öz növbəsində travmatik şok yaradıb.

 

Polis cərrahı həbs edib. O, ötən il ölən qızın böyük bacısını da «sünnət» edibmiş.

Misir Qadınlar Şurası bu olayı «cinayətkar fəaliyyət» adlandıraraq, hakimiyyətdən günahkarların cəzalandırılmasını tələb ediblər.

 

UNİSEF-in ölkə üzrə şöbəsi isə bu cərrahiyyə əməliyyatın tibbi və dini önəminin olmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3032

Oxşar yazılar

Havaya qalıxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalıxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü  - VİDEO

Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO

19 iyul 2025 , 19:22