Ötən ilin sentyabrında kütlə arasında görünməyən Livan «Hizbullah»-ının lideri Həsən Nəsrulla təxminən bir ildən sonra bunkerdən çıxıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, fələstinliləri müdafiə mitinqində çıxış edib.
O, yenə də İsrailə qarşı fikirlər söyləyib :«İsraillə birdəfəlik qurtarmaq lazımdır».
H.Nəsrulla Fələstin və Livandakı müqavimət hərəkatına yardım etdikləri üçün İran və Suriyaya təşəkkür edib.
O, bildirib ki, müsəlmanlar Fələstindən heç vaxt imtina etməyəcəklər.