10 ildə 600 jurnalist öldürülüb
18 iyul 2013 07:18 (UTC +04:00)

10 ildə 600 jurnalist öldürülüb

BMT baş katibinin müavini Yan Eliasson iyulun 17-də Təhlükəsizlik Şurasının Jurnalistlərin qorunması beynəlxalq təşkilatının müzakirələrində çıxışı zamanı son 10 ildə 600 jurnalistin öldürüldüyünü bildirib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, baş katibin müavini onların 41-nin Suriyada həlak olduğunu vurğulayıb.

 

«Gerçəkdən bu qəbuledilməz və şokedicidir. Jurnalistlərə hücum edənlərin 90 faizi cəzası qalıb» -deyə, Y.Eliasson bildirib.

 

BMT-nin Təhlükəsizlik Şurasında jurnalistlər ilk dəfədir peşə fəaliyyətinin riskləri barədə açıqlama verib.

 

2012-ci ildə Suriyada girov saxlanılmış «NBC» -nnin jurnalisti Riçard Encel deyib ki, obyektiv olmaları üçün «diplomatlar kimi jurnalistlərin də qorunması vacibdir».

 

«Sizə obyekti, peşəkar jurnalistlər lazımdırsa, bizə də müdafiə gərəkdir» -deyə, R, Enceli bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar