Xaçaturyan bacılarının atası barədə MƏHKƏMƏ HÖKMÜ
21 aprel 2025 13:20 (UTC +04:00)

Xaçaturyan bacılarının atası barədə MƏHKƏMƏ HÖKMÜ

Məhkəmə Xaçaturyan bacılarının atası barəsində ölümündən sonra hökm çıxarıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, qızlarına qarşı sistematik zorakılıqda təqsirli bilinib.

İclas Moskvanın Butırski Rayon Məhkəməsində keçirilib. Mixail Xaçaturyan ölümündən sonra üç maddə üzrə ittiham olunub: seksual xarakterli zorakı hərəkətlər, qəsdən ağır bədən xəsarəti yetirmə və pornoqrafiya istehsalı. Hökmün elanında onun qızlarından biri - Mariya iştirak edib.

Məhkəmənin qərarı 2018-ci ilin iyulunda atalarını öldürməkdə ittiham olunan üç Xaçaturyan bacısının işi üzrə gedişata təsir göstərə bilər. İstintaq müəyyən edib ki, Mixail qızlarına qarşı mütəmadi olaraq fiziki və psixoloji işgəncələr verib. Əvvəlcə məhkəmə bu hallarını yüngülləşdirici şərait kimi qiymətləndirsə də, sonradan iş iki ayrı istintaqa bölünüb - qızların və atanın məsuliyyəti ayrıca araşdırılıb.

İlkin ehtimallara görə, Xaçaturyan bacılarının işi ya dayandırıla, ya da onlar bəraət ala bilərlər. Hətta onların hərəkətləri özünümüdafiə kimi tanına bilər. Bu iş üzrə yekun qərar məişət zorakılığı ilə bağlı məhkəmə təcrübəsində mühüm presedent yaradacaq. Bu halda məhkəmə ilk dəfə olaraq həm cinayətkarın, həm də zərərçəkənin əməllərinə hüquqi qiymət verəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1870

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26