ABÇ-ın Florida ştatında aeroportda yoxlama zamanı maraqlı fakt üzə çıxıb.
Lent.az xəbər verir ki, sərnişinlərin biri bütöv toyuq ətinin içində salona tapança keçirmək istəyib.
Lakin yoxlama zamanı aeroport əməkdaşları bunu aşkar edərək sərnişini geri qaytarıblar. Ona izah edilib ki, silah qanunsuz olmasa da, onu salona keçirməyə icazə verilmir.