Qardaş ölkədə də sərt məhdudiyyətlər LƏĞV EDİLİR
31 may 2021 22:42 (UTC +04:00)

Qardaş ölkədə də sərt məhdudiyyətlər LƏĞV EDİLİR

Türkiyədə fəaliyyət göstərən kafe, restoran, çayxana və digər ictimai-iaşə müəssisələrinin iş saatına yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar tətbiq edilən sərt məhdudiyyətlər iyunun 1-dən ləğv ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Ərdoğan bildirib ki, bu kimi ictimai iaşə müəssisələrinin fəaliyyətləri yerli vaxtla sabah saat 07.00-dan axşam saat 21.00-dək açıq olacaq, digər saatlarda isə kafe və restoranlar paket servisi xidməti göstərə biləcək.

Türkiyədə mayın 17-dən tətbiq olunan küçəyə çıxmaq qadağası nisbətən yumşaq rejimlə əvəz olunacaq.

Belə ki, iyun ayı boyunca küçəyə çıxma qadağası, həftə içi yerli vaxtla axşam saat 22-dən sabah 05.00-dək tətbiq ediləcək. Şənbə günü axşam saat 22.00-dan bazar ertəsi günü saat 05.00-dək küçəyə çıxma qadağası qüvvədə olacaq.

Həmçinin bildirilib ki, 2021/2022 yeni tədris ilinə sentyabrın 13-dən başlanacaq.

Koronavirusla mübarizə tədbirlərinin şərtləri çərçivəsində toy, nişan, yas və digər mərasimlərin keçirilməsinə də icazə veriləcək.

Prezident iyun ayında ölkə üzrə koronavirus əleyhinə peyvənd olunmanın daha ciddi rejimlə tətbiq olunacağını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Oxşar yazılar