Polis Parisin Monparnas vağzalına silahla girən 19 yaşlı gənci saxlayıb.
Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, yoxlama zamanı onun çantasından 1 avtomat və 1 tapança çıxıb.
İlkin dindirmə zamanı saxlanan şəxs çantanı Bordoda bir nəfərə verəcəyini və onun içindəkindən xəbərdar olmadığını bildirib. Yoxlama zamanı çantadan narkotik maddə də çıxıb.
Polisin məlumatına görə, saxlanan şəxs narkotik istifadəçisi kimi tanınır. Fakr araşdırılır.