Malayziya
30 may 2021 16:01 (UTC +04:00)

Malayziya

Peyvəndə qarşı çağırış edənlər məsuliyyətə cəlb olunacaq-XƏBƏRDARLIQ

Malayziya hakimiyyəti yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd vurdurmaqdan imtina edilməsi barədə çağırış edənlərin ciddi məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib.

Lent.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün parlamentlə iş üzrə nazir Takiyuddin Hassan bildirib.

T. Hassan deyib ki, xəbərdarlıqdan nəticə çıxarmayanlarvə COVİD-19-a qarşı vakin barədə yalan məlumat yayanlar barədə sərt tədbirlər görüləcək. Nazir bu çağırışları və yalan məlumatları ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirib: “Hökumət vaksinasiya ilə bağlı yeni qanun hazırlamağı planlaşdırmır. Biz günahkarları cəzalandırmaq üçün qüvvədə olan qanunlardan istifadə edə bilərik”.

T. Hassan bu qanunlara misal olaraq qiyama çağırışın yolverilməzliyi və KİV-lərin fəaliyyətini tənzimləyən qanunları qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4500
avatar

Oxşar yazılar