Britaniyanın peyvənd olunmuş səhiyyə naziri Sajid Javid yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri "Twitter" hesabında bildirib.
Nazir yayımladığı videomüraciətində COVID-19 simptomlarının yüngül olduğunu qeyd edib.
S.Javid deyib ki, simptomları hiss etdiyi üçün ilkin test verib və onun nəticəsi müsbət olub lakin o, daha dəqiq cavab üçün PCR testinin nəticəsini gözləyir.