Papa Fransisk qeyd edib ki, hazırda dünya hərbi münaqişə vəziyyətindədir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bundan əlavə, o, bu fenomenin əsas səbəbi kimi silah sənayesini göstərib. Onun sözlərinə görə, bu sənayeyə qoyulan investisiyalar hazırda ən çox gəlir gətirir.
Papa İsrail və Fələstin arasında sülh qonşuluğuna çağırıb. O, müharibənin məğlubiyyəti ifadə etdiyini, bütün həll yollarının isə dialoq yolu ilə tapılmalı olduğunu vurğulayıb.
Cari hadisələrlə əlaqədar antisemitizmin mümkün artımı ilə bağlı suala cavab olaraq, Fransisk Holokostun dəhşətlərinə və onun nəticələrinə baxmayaraq, bu fenomenin yoxa çıxmamasından, hələ də gizli qalmasından təəssüfləndiyini bildirib.