Fransanın paytaxtı Parisdə tanınmış milyonçunun meyiti tapılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, sahibkar və milyonçu Stefan Eymer Parisdə bir hotelin qarşısında ölü tapılıb. İlkin məlumata görə, milyonçu intihar edib.
Qeyd edək ki, 52 yaşlı Stefan Eymer nəhəng tibbi laboratoriyalar şəbəkəsi “Biogroup”un rəhbəri olub.