Rusiyanın paytaxtı Moskva şəhərində 300 min əməkçi miqranta ehtiyac var.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Moskva merinin müavini Vladimir Yefimov bildirib.
Onun bildirdiyinə görə, əsasən təmizlik, ictimai iaşə, tikinti sektorlarında miqrant qıtlığı hiss edilir.
Yefimov jurnalistlərə açıqlamasında miqrantların iş icazəsi almaları üçün hazırda tətbiq olunan mexanizmin sadələşdiriləcəyini də ümid etdiyini deyib.