Lotu Qulinin düşməni aeroportda saxlanıldı: Bəs oteldə ələ keçən kimdir?
20 may 2021 11:40 (UTC +04:00)

Lotu Qulinin düşməni aeroportda saxlanıldı: Bəs oteldə ələ keçən kimdir?

Ukraynada iki nüfuzlu "qanuni oğru" saxlanılıb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, saxlanılanlar “Umka” ləqəbli Serqey Oleynik və “Laşa Svan” ləqəbli Laşa Caçvlianidir. “Umka” Dnepr şəhər aeroportunda ölkəni tərk etmək istəyərkən saxlanılıb. “Laşa Svan” isə həmin şəhərdəki otellərin birində ələ keçib. Həm “Umka”, həm də “Svan”, təkcə Ukraynanın yox, MDB-nin ən nüfuzlu "oğrular"ından hesab olunurlar. 

Məlumata görə, onlar Dnepropetrovsk, Odessa, Nikolayevsk, Zaporojsk, Sumı, Poltava, Krvoy Roq kimi  vilayətlərə nəzarət ediblər. KİV-də yazılana görə, “Umka” bir zamanlar Lotu Quliylə savaş həddində olub. Quli tərəfdarları Odessa və Xerson kimi vilayətlərə nəzarəti ələ keçirmək istəsələr də, “Umka” müqavimət göstərərək buna imkan verməyib. Həmin vaxt “Umka” Qulini özünün bir nömrəli düşməni hesab edirdi.

Qeyd edək ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası 111 əcnəbiyə və 557 "qanuni oğru"ya qarşı sanksiya tətbiq edib. Ukrayna Prezidenti Vladimir Zelenski teleqram səhifəsində yazıb ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclasında ölkə üçün əhəmiyyətli qərarlar qəbul olunub. Sanksiyalara məruz qalan şəxslərin adları göstərilməsə də onlara qarşı ediləcək məhdudiyyətlər açıqlanıb. Belə ki, nəzərdə tutulan şəxslərin Ukraynaya girişi qadağan ediləcək, aktivləri bloklanacaq, vizaların verilməsində imtina ediləcək. Bundan əlavə, sanksiya tədbirləri arasında müvəqqəti və ya daimi yaşayış, immiqrasiya icazələri, vətəndaşlıq ala bilmək və s. var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116592
avatar

Oxşar yazılar