Xəstəxanaların yandırıldığı və dükan sahibləri talançı dəstələrə atəş açdıqları üçün ümummilli iğtişaşlarda ən az 72 nəfər ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, prezident Zuma həbs cəzasına məhkum edildikdən sonra bir ticarət mərkəzindəki izdihamda 10 nəfər ölüb.
Çərşənbə axşamı gecəsi sosial mediada paylaşılan görüntülərdə Durban şəhərindəki Lenmed Xəstəxanasının alov içində olduğu, digər videolarda isə dükan sahiblərinin talançı kütləyə atəş açdıqları görünür.
Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqun Soveto bölgəsində, 10 adam talan edilmiş bir ticarət mərkəzindəki izdihamda tapdalanıb.
KvaZulu-Natal və Guateng əyalətlərində başlayan iğtişaşlar keçən həftə başlayıb və 79 yaşlı Zumanın korrupsiya ittihamı istintaqı ilə əməkdaşlıq etmədiyi üçün həbs olunmasından sonra həftə sonu daha da şiddətlənib.
Polis rəsmisi general-mayor Mathapelo Peters çərşənbə axşamı günü etdiyi açıqlamada, Gauteng və KvaZulu-Nataldakı ölümlərin əksəriyyətinin, minlərlə insanın mağazalardan qida, elektrik cihazları, içki və geyim oğurladığı zaman baş verən xaosdan qaynaqlandığını bildirib.
Peters, insanların ATM maşınlarını açmağa çalışarkən partlayışların meydana gəldiyini və bu şəkildə həyatlarını itirə biləcəklərini də sözlərinə əlavə edib. Digər ölümlərin odlu silahdan yaralanmalara görə olduğunu vurğulayıb.
Narahat vətəndaşlar, evlərini və iş yerlərini qorumaq üçün 'müdafiə qrupları' yaratmağa başlayıblar; süpermarket sahibləri talanlar davam edərkən dükanlarını bağladığından qida qaynaqları qısa müddətdə tükənə bilər.