Fransanın Martinik adasında konsert salonuna silahlı hücum olub.
Lent.az-ın franceguyane.fr saytına istinadla xəbərinə görə, tədbir zamanı silahlı şəxslər salona daxil olaraq bir nəfərə atəş açıblar. Hadisə zamanı 8 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. hücumu törədən şəxslər avtomobilə minərək uzaqlaşıblar.
Polisin məlumatına görə, hadisəni törədənlərin məqsədi kütləvi qırğın deyil, bir nəfərlə haqq-hesab çəkmək olub.