Kolumbiya prezidentinin olduğu helikopter atəşə tutuldu - VİDEO
26 iyun 2021 04:24 (UTC +04:00)

Kolumbiya prezidentinin olduğu helikopter atəşə tutuldu - VİDEO

0

 

Kolumbiya Prezidenti İvan Dukenin olduğu helikopter havada olarkən naməlum şəxslər tərəfindən atəşə tutulub.

APA “Semana” jurnalına istinadən xəbər verir ki, hadisə günortadan sonra Norte de Santanderin departamentinin səmasında baş verib.

Helekopterə 6 atəş açılıb. Lakin xəsarət alan olmayıb.

Helikopterdə prezidentlə yanaşı Müdafiə Naziri Dieqo Molano və Daxili İşlər Naziri Daniel Palasios da olub.

Ölkə prezidenti tvitter hesabında helikopterə atəş açan naməlum silahlıların addımını qeyri-peşəkar və qorxaq hücum adlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1293

Oxşar yazılar