İtkin düşən şəxs xilasedicilərlə birlikdə özünü axtardı - FOTO
01 oktyabr 2021 06:26 (UTC +04:00)

İtkin düşən şəxs xilasedicilərlə birlikdə özünü axtardı - FOTO

Türkiyənin Bursa vilayətinin İnegöl ərazisində axtarışa verilən Beyhan Mutlu adlı şəxs dünya gündəmini zəbt edib.

Lent.az "axşam.az"a istinadən xəbər verir ki, dostları ilə yeyib-içən 50 yaşlı kişi bir müddət sonra onların yanından ayrılıb və meşənin dərinliklərinə gedib. Beyhanın dostları onunla əlaqə qura bilmədiyi üçün itkin düşməsi haqda polislərə məlumat verib. Axtarışa verilən şəxs başına gələn hadisə ilə bağlı jurnalistlərə bunları danışıb:

"Birdən gördüm ki, ətrafda axtarış-xilasetmə dəstəsinin əməkdaşları var. İtkin düşən bir kişini axtardıqlarını dedilər. Mən də axtarışlara qoşuldum. "Beyhan" deyə öz adımın çəkildiyini eşitdim və xilasedicilərdən kimin axtarıldığını soruşdum. "Beyhan Mutlu axtarılır" deyə cavab verdilər. Mən burdayam dedim. Sən demə, itkin düşən şəxs mənəm. Komanda ilə birlikdə özümü axtarırmışam".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3364

Oxşar yazılar