İstanbulun mərkəzində  partlayış:   ölən və yaralılar var -  VİDEO  -YENİLƏNİB
13 noyabr 2022 18:19 (UTC +04:00)

İstanbulun mərkəzində partlayış: ölən və yaralılar var - VİDEO -YENİLƏNİB

0

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

Lent.azTürkiyə mediasına istinadən bildirir ki, Yerlikaya açıqlamasında bunları deyib:

"Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq".

Partlayışın səbəbi hələlik məlum deyil.

 

***

17:49

 

İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.

Lent.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Partlayışın səbəbi hələlik məlum deyil.

İstanbulun mərkəzində partlayış

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6362

Oxşar yazılar