“İstanbuldakı partlayışda 6 nəfər ölüb, 50-dən çox yaralı var" - Ərdoğan - YENİLƏNİB
13 noyabr 2022 20:15 (UTC +04:00)

“İstanbuldakı partlayışda 6 nəfər ölüb, 50-dən çox yaralı var" - Ərdoğan - YENİLƏNİB

0

İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı altı nəfər ölüb, yaralıların sayı isə 53-ə yüksəlib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfər etməzdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

Prezident Ərdoğan deyib: “Millətimiz əmin olmalıdır ki, baş verən hadisənin günahkarları layiq olduqları cəzanı alacaqlar. Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlər və onun arxasında duranların üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir. Hadisənin terror aktı olduğunu dəqiq söyləmək düzgün olmazdı, amma hadisələr, valimizin verdiyi ilk məlumat buradan terrorun izləri olduğunu göstərir. Hazırda, ilk müşahidələr, oradakı qaçışmalar, hadisədə bir qadının rol oynadığı nöqtəsində cəmlənir”.

Qara dənizdə yaradılan taxıl dəhlizi məsələsinə toxunan Türkiyə Prezidenti prosesin davamlılığının təmini baxımından səylərin davam etdiyini, məhsulların taxılı ehtiyacı olan ölkələrə, xüsusilə Afrikaya çatdırmağa çalışdıqlarını deyib.

***

19:24

İstanbulda partlayışda ölənlərin sayı 6 nəfərdir. 4 nəfər hadisə yerində həyatını itirib.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, yaralı sayı 53-dür.

Türkiyə lideri diqqətə çatdırıb ki, bu rəqəmləri İstanbul valisindən əldə edib.

Qeyd edək ki, 2 nəfər xəstəxanada həyatını itirib.

***

19:03

İstanbulda baş verən partlayışda ilkin məlumatlara əsasən 4 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya məlumat verib.

O qeyd edib ki, İstiklal küçəsində baş verən partlayışda ilkin olaraq 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb: "Hazırda hadisə yerində araşdırmalar aparılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4009

Oxşar yazılar