İranlı rejissor, 47 yaşlı Babək Horramdin, evlilik mübahisəsindən sonra valideynləri tərəfindən öldürülərək parçalanıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, kinematoqrafın bədən hissələri Tehranın qərbində zibil kisəsində və çemodanda aşkar olunub.
Məhkəmədə mərhumun atası oğlunun bədəninə anesteziya vurduğunu, bıçaqladığını, parçaladığını və qalıqları atdığını etiraf edib.
Horramdinin ölümündə şübhəli bilinən anasının da saxlanıldığı bildirilir. Ata ilə rejissor arasındakı qarşıdurmanın, oğulun arvadının olmaması səbəbindən yarandığı ehtimal edilir.
Babək Horramdin 2009-cu ildə Tehran Universitetinin incəsənət fakültəsini bitirib, kinematoqraflığı Londonda öyrənib. O, orada bir neçə qısametrajlı film çəkib.