İran şəhərlərinə hava hücumu
29 yanvar 2023 05:59 (UTC +04:00)

İran şəhərlərinə hava hücumu

Şənbə günü axşam saatlarında İsfahan şəhərinin mərkəzində İranın Müdafiə Nazirliyinə aid hərbi obyektə dron hücumu edilib.

Lent.az “Al Arabiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Bəyanatda hadisə “uğursuz hücum” kimi qeyd edilib.

Nazirlik, hücumun  məsuliyyətini heç bir konkret ölkə və ya qrupa aid etməyib.

“Yanvarın 28-i axşam saat 23:30 radələrində Müdafiə Nazirliyinin emalatxana komplekslərindən birinə (dronlardan) istifadə etməklə uğursuz hücum həyata keçirilib və xoşbəxtlikdən... bir (dron) hava hücumundan müdafiə vasitələri ilə vurulub, digər ikisi isə müdafiə sistemləri vasitəsilə partladılıb”, - bəyanatda deyilir.

“Xoşbəxtlikdən, bu uğursuz hücum heç bir insan itkisinə səbəb olmayıb və emalatxananın damına cüzi ziyan vurub” deyə nazirlik əlavə edib.

Daha əvvəl İsfahan qubernatorunun müavini şəhərdə güclü partlayış səsi eşidilməsi xəbərindən sonra Müdafiə Nazirliyinə bağlı obyektdə partlayış baş verdiyini təsdiqləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4965
avatar

Oxşar yazılar