İngiltərədən Zambiyaya köçən cütlük bəzi dostlarının timsahlar tərəfindən yeyildiyini deyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Ruth və Lindon Pinçes altı il əvvəl Zambiyaya köçüblər. Ər və arvad uzun müddət Afrikada yaşasalar da, hələ də yerli heyvanlara öyrəşməyiblər.
Lindonun sözlərinə görə, şirlər, çitalar, bəbirlər, timsahlar və hətta begemotlar gecələr yaxınlıqda gəzirlər. Heyvanları ailənin evinin yanından axan çay cəlb edir.
Cütlük dostlarından birinin timsah tərəfindən yeyildiyini də söyləyib, lakin onlar Zambiyanın heyrətamiz yer olduğunu deməkdə israr edirlər. Bundan əlavə, cütlüyün bütün qızları orada yaşayır. Hesab edirlər ki, vəhşi təbiətdə böyümək uşaqları daha inamlı edəcək.