İndi Baxmutda  nə baş verir? - Ukrayna Silahlı Qüvvələrindən açıqlama verilib
21 may 2023 15:43 (UTC +04:00)

İndi Baxmutda nə baş verir? - Ukrayna Silahlı Qüvvələrindən açıqlama verilib

Vaqner rəhbəri Yevgeni Priqojinin Baxmutun muzdluları tərəfindən tutulması ilə bağlı açıqlamalarına baxmayaraq, Ukrayna Müdafiə Qüvvələri şəhərin cənub-qərb hissəsində qala şəhərciyində öz mövqelərini saxlamaqda davam edir.

Lent.az Suspilne-yə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatı deyib.

O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin Yaponiyaya səfəri zamanı Baxmutun mahiyyətcə “yer üzündən silindiyi” barədə bəyanatını şərh edib:

"Prezident haqlı olaraq dedi ki, şəhər mahiyyətcə yerlə-yeksan edilib. Düşmən hər gün böyük artilleriya və hava zərbələri ilə yerlə-yeksan edir, bölmələrimiz isə vəziyyətin son dərəcə çətin olduğunu bildirir. Hərbçilərimiz şəhərin cənub-qərb hissəsində istehkam və bir neçə bina saxlayır. Ağır döyüşlər gedir."

Bu gün Çerevatinin sözlərinə görə, rus ordusu şəhəri sona qədər ələ keçirməyiblər, ukraynalı müdafiəçilər cinahlara təzyiq göstərməyə, işğalçılara dinclik verməməyə və mümkünsə əks-hücumlara keçməyə çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2202
avatar

Oxşar yazılar