Polineziya sakini həyatında birinci dəfə oynadığı lotereyada cek potu əldə edib.
Lent.az-ın xəbərinə görə, Avropanın “Euromillions” lotereyasının qalibi bəlli olub. Bu, Fransız Polineziyasının sakini olan gənc qadındır. O, bir dəfəyə 220 milyon avro qazanıb. Bu, “Euromillions” lotereyasının tarixində ən yüksək məbləğdir.
Qalib jurnalistlərə bildirib ki, həyatı boyu lotereyaya marağı olmayıb. Bu dəfə isə bileti təsadüfən alıb. Qazandığını bildikdə isə ən böyük qorxusu bileti itirmək olub.