İki ailənin mübahisəsi  FACİƏ   ilə nəticələndi: 10 nəfər öldü
04 iyun 2021 03:16 (UTC +04:00)

İki ailənin mübahisəsi FACİƏ ilə nəticələndi: 10 nəfər öldü

Misirin Qena əyalətində iki ailə arasında yaşanan mübahisə nəticəsində ən azı on nəfər ölüb, yeddi nəfər yaralanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Əbu-Xizam kəndində əs-Saadiyyə və əl-Avamer ailələri arasında atışma və silahlı toqquşmalarla nəticələnən mübahisə baş verib.

Şahidlərdən birinin sözlərinə görə, ailələr arasındakı qarşıdurmanın səbəbi sulama nasosu olub və nəticədə əs-Sədiyyə ailəsinin bir üzvü ölüb.

Bundan sonra ölənin ailəsi mikroavtobusda ikinci ailənin üzvlərini düşünərək atəş açıb. Nəticədə nəqliyyat vasitəsində təkcə əl-Avmer ailəsinin üzvlərinin olmadığı müəyyənləşdirilib. 

Səkkiz qurbanın şəxsiyyətinin müəyyən edildiyi, ən böyüyünün 65, ən kiçiyinin səkkiz yaşında olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Oxşar yazılar