Hindistan Qurban Bayramı üçün bəzi qadağalar gətirdi
17 iyul 2021 09:45 (UTC +04:00)

Hindistan Qurban Bayramı üçün bəzi qadağalar gətirdi

Hindistanın idarəsi altındakı Cammu Kəşmirdə Qurban Bayramında inək, buzov və dəvələrin qurban olaraq kəsilməsi qadağan edildi. Lent.az bildirir ki, qərar Hindistan Heyvandarlıq Nazirliyinin təlimatı əsasında verilib.

  Əhalisinin təxminən 97 faizi müsəlman olan Kəşmirdə xalq Qurban Bayramında qoyun və keçi, bölgəyə bağlı bəzi yerlərdə isə inək kimi böyükbaş heyvanlar qurban kəsərək ibadətlərini yerinə yetirirdilər.

  İri buynuzlu malların kəsilməsinin bir çox əyalətdə qadağan olunduğu Hindistanda bu “günah”ı işləyənlərə qarşı pul və həbs cəzası var.

  Hindistanda müsəlmanlara qarşı nifrətli sözlərin son illər artdığı müşahidə olunur. 2020-ci ilin 31 iyulunda qurban əti daşıyan bir müsəlman hindlilər tərəfindən iflic edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

Oxşar yazılar