"Ford" Avropada 3800 nəfəri işdən çıxarır
14 fevral 2023 17:02 (UTC +04:00)

"Ford" Avropada 3800 nəfəri işdən çıxarır

Amerikanın avtomobil istehsalçısı “Ford” qarşıdakı üç il ərzində Avropada 3800 işçini ixtisar edəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, ixtisarlar elektrikli avtomobillərin istehsalına mərhələli keçidlə əlaqədardır. Avtomobil nəhəngi “daha kompakt struktur” yaratmaq üçün işçi heyətini sadələşdirmək niyyətindədir. Bunun üçün Almaniyada 2300, Böyük Britaniyada 1300 və Avropanın başqa yerlərində 200 işçini ixtisar etməyi planlaşdırır.

Eyni zamanda, şirkət yeni avtomobil modellərinin dizaynına diqqət yetirmək üçün regionda 3400-ə yaxın mühəndis vəzifəsini saxlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350
avatar

Oxşar yazılar