Maks Mosli
25 may 2021 20:16 (UTC +04:00)

Maks Mosli

Faşist liderin oğlu öldü

Beynəlxalq avtomobil federasiyasının (FIA) keçmiş prezidenti Maks Mosli uzun müddət xərçəng xəstəliyindən sonra 81 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Mosli 1940-cı ildə Britaniya parlamentinin üzvü, Britaniya Faşistlər Birliyinin lideri Osvald Moslinin ailəsində anadan olub

Maksın anadan olmasından 11 həftə sonra onun valideynləri həbs olunublar. Maks 1960-cı illərdə avtomobil yarışlarında iştirak edib, 1993-cü ildən 2009-cu ilədək FIA-ya rəhbərlik edib. Ondan sonra həmin posta Jan Todt seçilib. 

Keçən əsrin 90-cı illərində, üçqat dünya çemionu Ayrton Sennanın öldüyü qəzalardan sonra Moslinin avtomobil nəqliyyatının təhlükəsizliyinin artırılması üçün böyük töhfə verib və buna görə Legion ordeni ilə təltif olunub. 

Moslinin FIA-nın rəhbəri postundan getməsi onun iştirakı ilə ədəbsiz məzmunlu videosu ilə bağlı olub.

2008-ci ildə Britaniyanın “News of the World” tabloidi Maks Moslinin beş London fahişəsi ilə çoxsaylı sadomazoşiz orqazmı haqqında bir məqalə yayımlayıb. 

Qəzetin yazdığına görə, fahişələr nasist geyimləri və həbs düşərgəsi məhbuslarının zolaqlı geyimlərində olublar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2610
avatar

Oxşar yazılar