Dağlıq Qarabağdakı müharibə zamanı həlak olan 200-dən çox əsgərin cəsədi Ermənistanda gizlədilib.
Lent.az-ın “Sputnik Ermənistan”a istinadla verdiyi xəbərə görə, bunu İrəvan küçələrinə çıxan etirazçılar iddia edirlər.
Ölən hərbçilərin qohumları paytaxtın Heratsi küçəsini bağlayıblar və səlahiyyətlilərdən Dağlıq Qarabağda ölənlər haqqında tam məlumat vermələrini tələb edirlər. Etirazçıların sözlərinə görə, cəsədlər meyitxanalarda və meyvə soyuducularında gizlədilib.
“Uşaqlarımızın cəsədləri yalnız indi ailələrinə təhvil verilir”, - itkin düşənlərdən birinin atası Arsen Qukasyan deyib.