Dünyada iyun ayının əvvəllərindən bəri son bir həftədə koronavirus yoluxanların sayı 3 milyonu keçib.
APA TASS-a istinadən xəbər verir ki, bu, iyun ayının əvvəlindən bəri ilk qeydə alınan yuxarı göstəricidir.
Bildirilib ki, əvvəlki iki həftədə planetdə 2,6 milyon yeni yoluxma aşkar edilib.
Latın Amerikasında azalma müşahidə edilsə də, Avropa, Asiya və Afrikada yenidən artım baş verib.
Eyni zamanda, ölüm nisbətən aşağı səviyyədə olub: ardıcıl üç həftədə ölənlərin sayı 60 mini keçməyib.