Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Anri Oxanaşvili istefa verib.
Lent.az xəbər verir ki, bu barədə onun DTX-nın Facebook səhifəsində dərc olunmuş bəyanatında məlumat verilir.
“Cəmiyyətə bildirmək istəyirəm ki, hakim komanda ilə aparılan məsləhətləşmələr əsasında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk etmək və Gürcüstanın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutmaq qərarını verdim”, — bəyanatda qeyd olunur.
Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinq zamanı bildirib ki, DTX-nın yeni rəhbəri hakim “Gürcü Arzusu — Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaraadze olacaq. Onun sözlərinə görə, namizədlik parlamentə təqdim ediləcək.