Çexiya hökuməti ölkədə restoran, kafe, bar və digər iaşə müəssisələrinin iyunun 14-dən etibarən tam fəaliyyətini bərpa etməsi üçün imkanları nəzərdən keçirir.
APA TASS-a istinadən xəbər verir ki, bunu Çexiya Baş naziri Andrey Babiş “Twitter” hesabında yazıb.
Baş nazir növbəti yumşaldılmaların olacağı təqdirdə sanitar-epidemioloji və digər təhlükəsizlik qaydalara riayət etməyin zəruriliyini də qeyd edib.
Babiş əlavə edib ki, ölkədə epidemioloji vəziyyət pisləşməzsə, 1000 nəfər üçün teatr və konsert salonlarında tamaşalara icazə verilməsi planlaşdırılır.
Açıq hava şəraitində isə 2000 nəfərin iştirakına icazə veriləcək.