Bu şəxslərin  viza və “grin kart”ları  ləğv ediləcək
10 mart 2025 06:11 (UTC +04:00)

Bu şəxslərin viza və “grin kart”ları ləğv ediləcək

ABŞ Dövlət Departamenti sonradan deportasiya etmək məqsədilə HƏMAS tərəfdarlarının giriş vizalarını və “grin kart”larını ləğv edəcək.

Lent.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “X” hesabında bildirib.

"Biz ABŞ-dəki HƏMAS tərəfdarlarının vizalarını və yaxud “grin kart”larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər", - o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ-nin Fələstinə dəstək nümayişlərində iştirak edən əcnəbi tələbələri və digər vətəndaşları ölkədən çıxaracağını vəd etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388

Oxşar yazılar