Şimali Koreyada rəsmi olaraq koronavirusun yayılmasını dayandırmaq üçün pişikləri və göyərçinləri məhv etmək əmri verilib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ölkə rəhbərliyinin fikrrincə, COVID-19-u Çinlə sərhəddən keçirən pişiklər və göyərçinlərdir.
Şimali Koreyanın 37 yaşlı rəhbəri pişiklərin və göyərçinlərin Çin sərhədindən ölkəyə öldürücü virus gətirmələrindən qorxduğu üçün bu heyvanlara müharibə elan edib.
Sərhəd qəsəbə və kənd sakinləri küçələrdə quş və pişiklərin necə vurulduğunu görüblər.
Səlahiyyətlilər tərəfindən pişiyini verməkdən imtina edən bir ailənin Hesan şəhərindən 20 gün təcrid edildiyi də məlumdur. Heyvanın özü isə müsadirə edilib.
May ayının əvvəlində Şimali Koreya Cənubi Koreyadan göndərilən təbliğat vərəqələri vasitəsilə vətəndaşları koronavirusa yoluxma riski barədə xəbərdar edib.
Qeyd edək ki, Şimali Koreya hökuməti pandemiya zamanı ölkədə COVID-19-a yoluxma olmadığını iddia edir. Yalnız bir şübhəli fakt olduğu bildirilir. Ölkədə dəfələrdə xarici yardıma ehtiyac olmadığı da bəyan edilib.