Baş nazirə atəş açan şəxs bomba hazırlamaq istəyirmiş -YENİLƏNİB
10 iyul 2022 08:36 (UTC +04:00)

Baş nazirə atəş açan şəxs bomba hazırlamaq istəyirmiş -YENİLƏNİB

0

Baş nazirə atəş açan Tesua Yamaqami istintaqa ifadəsində bomba hazırlamağa cəhd etdiyini bildirib.

Lent.az-ın xəbərinə görə, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, onun evində axtarış zamanı kustar üsulla hazırlanmış odlu silah və partlaycılar açkar edilib. Təhlükəsizlik məqsədi ilə ətraf binalar boşaldılsa da, minaaxtaranlar tapılmış maddi sübutların heç bir təhlükə törətmədyini bildiriblər. 
 

***

07.31

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə atəş açan şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.

Lent.az-ın xəbərinə görə, bu barədə NHK televiziyası məlumat yayıb. 

41 yaşlı Tesua Yamaqami polis idarəsindən prokurorluğa gərtirilib və  burada ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb.

Qeyd edək ki Şinzo Abeyə seçki kampaniyası çərçivəsində getdiyi Nara şəhərində odlu silahdan atəş açılıb.  Xəstəxanaya aparılan siyasətçi bir neçə saat sonra dünyasını dəyişib. Atəş açan şəxsi mühafizə xidməti saxlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3605

Oxşar yazılar