Ayı saxlanıldığı qolf-klubdan qaçdı - Hər kəs onu axtarır
09 iyun 2021 02:04 (UTC +04:00)

Ayı saxlanıldığı qolf-klubdan qaçdı - Hər kəs onu axtarır

Rusiyanın Mıtişi şəhərində Moskva yaxınlığındakı xüsusi bir qolf-klubdan qaçmış ayının axtarışlarına başlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu fövqəladə xidmətin nümayəndəsi deyib.

“Qolf-klubun ərazisindən qaçmış ayının axtarışları aparılır”, - həmin agentliyə bildirib.

Axtarış işlərində polis, eləcə də Mıtişinsk rayonunun ovçuluq təsərrüfatı qrupunun əməkdaşları iştirak edir. Yırtıcı heyvanın yeri hələlik müəyyənləşdirilməyib. Hadisənin təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar