ABŞ-da prezidentliyə keçmiş namizəd, İkinci Dünya Müharibəsi veteranı, respublikaçı senator Bob Doul vəfat edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, dekabrın 5-də səhər tezdən 98 yaşında dünyasını dəyişib.
ABŞ prezidenti Co Bayden hörmət əlaməti olaraq bütün qurumlarda "dekabrın 9-da gün batmazdan əvvələdəj" dövlət bayraqlarının endirilməsini əmr edib.
Doul siyasi karyerasına İkinci Dünya Müharibəsi zamanı ABŞ ordusunda xidmət etdikdən sonra Kanzas ştatının Nümayəndələr Palatasında başlayıb.
Daha sonra səkkiz il dairə prokuroru vəzifəsində çalışıb. 1960-cı ildən əvvəlcə Konqresin Nümayəndələr Palatasında, sonra 1968-1996-cı illərdə ABŞ Senatında Kanzas ştatının nümayəndəsi olub. 1996-cı il prezident seçkilərində o, Respublikaçıların namizədi olsa da, demokrat Bill Klintona uduzub.