Üzən metal yaradıldı - VİDEO
12 noyabr 2019 19:56 (UTC +04:00)

Üzən metal yaradıldı - VİDEO

ABŞ alimləri metala suda batmamağa imkan verən yeni texnologiya yaradıblar.

Lent.az "ictnews"a istinadla xəbər verir ki, tədqiqatçılar maddəyə hidrofob xüsusiyyətlər verən yeni metal emalı üsulu hazırlamağa nail olublar. Yeni metodun mahiyyəti ondan ibarətdir ki, metal materialda çoxlu hava köpükləri yaradan qısa impulslar saçan lazerlə emal olunur. Bunun sayəsində əşya batmayaraq su səthi üzərində qalır.

Qeyri-adi texnologiyanın iş prinsipi videoda nümayiş olunub. Kadrlarda nümunələrdən biri adi alümindən hazırlanıb, ikincisi emal edilərək hidrofob xüsusiyyətlərlə təchiz edilib.

Texnologiya yaradıcılarının sözlərinə görə, hətta dəlikli emal edilmiş material asanlıqla suyun üzərinə çıxır. Bundan başqa, lazerdən istənilən bərk maddənin "üzmək" xüsusiyyətlərinə malik olması üçün istifadə etmək mümkündür.

Texnologiyadan gəmiqayırma və müxtəlif üzən obyektlərin yaradılmasında istifadə planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1309
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35