Türkiyənin Daxili İşlər Nazirliyi 81 bölgənin valiliyinə maska taxmağın məcburiliyi ilə bağlı təlimat göndərib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, nazirlikdən göndərilən təlimatda maska taxmayanların Ümumi Sanitariya qanununun 282-ci maddəsi ilə 900 lirə, təxminən 223 manat cərimələnəcəyi bildirilir. İyunun 18-də 81 vilayətə təlimat göndərən nazirlik, bu günədək maska taxmayanlara xəbərdarlıq edilməsini, iyunun 22-dən isə göstərilən miqdarda cərimələnməsini tələb edib.
Qeyd edək ki, Türkiyənin 48 vilayətində maskadan bütün yerlərdə, 33 yerdə ticarət mərkəzləri, marketlər, gözəllik salonları və s. məkanlarda taxılması məcbur edilib.