9 yaşlı qız Moskva Dövlət Universitetinin tələbəsi olub.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bütün imtahanları uğurla verən Alisa Teplyakova dünyanın ən məşhur universitetlərindən birində tələbə adını qazanıb.
Keçən il Alisa rekord müəyyən etmişdi. Belə ki, o 9-cu sinfi 7 yaşında bitirən ən azyaşlı şagird olmuşdu.
Sevinc Fərid