2026-cı ildə "Porsche"  satışları  16 faiz azaldı
10 iyul 2026 05:50 (UTC +04:00)

2026-cı ildə "Porsche" satışları 16 faiz azaldı

0

Porsche avtomobillərinin satışları 2026-cı ildə 16 faiz azalıb.

Lent.a xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, yanvar-iyun aylarında şirkət ümumilikdə 122 306 avtomobil satıb. Bu, 2020-ci ildən bəri ən zəif göstəricidir.

Satışlarda ən böyük azalma Şimali Amerika və Çin bazarlarında qeydə alınıb.

Şirkət azalmanın səbəbləri sırasında benzin mühərrikli 718 modelinin istehsalının başa çatmasını, elektrik Macan modelinə ilkin marağın səngiməsini və ABŞ-da hibrid və elektromobil sahibləri üçün vergi güzəştlərinin dayandırılmasını göstərib.

Porsche, avtomobil, Bloomberg

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar