Balkan yarımadası yenə qarışdı
26 iyul 2011 17:03 (UTC +04:00)

Balkan yarımadası yenə qarışdı

Kosova hakimiyyəti Serbiya ilə sərhəddə yerləşən, serblərin kompakt yaşadığı ərazidə 3 nəzarət-keçid məntəqəsinə nəzarəti ələ keçirməyə cəhd göstərib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gecə əraziyə xüsusi təyinatlı polis qüvvələri yeridilib.

Kosova xüsusi təyinatlı polisi nəzarət-keçid məntəqələrindən birini tutub. Bundan sonra serblər küçələrə çıxıb, əsas magistralı bağlayıb, digər iki nəzarət-keçid məntəqəsinə polisin daxil olmasına mane olublar. Hazırda ərazidə gərgin vəziyyət hökm sürür. Kosovadakı NATO qüvvələri Mitrovitse qəsəbəsini İbar çayı üzərindəki körpü istiqamətdən blokadaya alıb. Ərazidə NATO hərbi vertolyotları uçur. Serblər alban xüsusi təyinatlı polis qüvvələrinin tutduqları bir nəzarət-keçid məntəqəsindən də çıxmasını tələb edirlər. Onlar əks təqdirdə magistralı açmayacaqlarını bildiriblər.

Əraziyə Serbiya Xarici İşlər Nazirliyinin siyasi direktoru Borislav Stefanoviç və Kosova məsələləri üzrə nazir Qoran Boqdanoviç gəliblər. Serbiya rəsmiləri öncə NATO hərbi qüvvələrinin komandanı general Byülerlə danışıq aparıb, sonra isə Kosova rəhbərliyi ilə görüşə yollanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar