Mübarək ölüm yatağındadır
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Hüsnü Mübarəkin vəkili Fərid Ad-Diba söyləyib.
Hüsnü Mübarək birinci dəfə deyil ki, xərçəngdən əziyyət çəkir. Keçən il o, Almaniyada şişin götürülməsi ilə bağlı mürəkkəb əməliyyat keçirib. Ancaq xərçəng xəstəliyi onun bədəninin başqa yerlərinə yayılmağa başlayıb.
Fərid Ad-Diba deyib ki, sabiq prezidentin vəziyyəti hazırda çox ağırdır. Bununla belə, Hüsnü Mübarək Misir Məhkəməsinə tam etibar edir və səbirlə məhkəmənin verəcəyi qərarı gözləyir.

507