Sibirdə meşə yanğınlarını söndürmək olmur
13 iyun 2011 11:55 (UTC +04:00)

Sibirdə meşə yanğınlarını söndürmək olmur

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ötən sutka ərzində 23 yanğın ocağı söndürülsə də, yanğın sahəsi 2 min 444 hektar artıb.

Hazırda 206 yanğın ocağı 37 min 512,7 hektar ərazini əhatə edir. Ən ağır vəziyyət iyunun 10-dan fövqəladə vəziyyət rejiminin hökm sürdüyü Krasnoyarsk diyarında və İrkutsk vilayətindədir. Krasnoyarsk diyarında 3 min 887 nəfər və 316 texnika, İrkutskda isə 2 min 629 nəfər və 320 texnika yanğının söndürülməsinə cəlb olunub. 4 pilotsuz təyyarə yanğın ocaqlarının müəyyənləşdirilməsi məqsədilə bu gün havaya qaldırılacaq.
# 448

Oxşar yazılar