Yük maşını 20 zəvvarın üstündən keçdi
09 iyun 2011 10:23 (UTC +04:00)

Yük maşını 20 zəvvarın üstündən keçdi

Lent.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, iyunun 9-na keçən gecə Qucarat ştatında baş verən hadisə zamanı 20 nəfər ölüb, daha 30 nəfər xəstəxanaya düşüb.

Şahidlər bildiriblər ki, ümumilikdə Dxolki şəhərinin yaxınlıqdakı yolda 250 nəfər gecələmək üçün dayanıb. Onlar Baxdi şəhərində müsəlman ziyarətgahını piyada ziyarətə yollanıblarmış.

Həmin şəhərdə mehmanxana olmadığına görə, insanlar açıq havada gecələməyə məcbur olublar. İlkin versiyaya görə, qəzaya yük maşınının təkərinin partlaması səbəb olub. Sürücü idarəetməni itirib və yatmış insanların üzərindən keçib.

Zəvvarların müsəlman ziyarətgahına çatmasına bir neçə kilometr qalıbmış.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar