İranın sanksiya tətbiq etdiyi ABŞ rəsmiləri - SİYAHI
08 iyun 2011 19:05 (UTC +04:00)

İranın sanksiya tətbiq etdiyi ABŞ rəsmiləri - SİYAHI

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, insan hüquqlarının pozulmasında müqəssir sayılan şəxslər bəşəriyyət əleyhinə cinayətlər törətməkdə ittiham olunur. Siyahıya aşağıdakı şəxslərin adları daxil edilib:


1. Tomas Pikard (Thomas J. Pickard) - 1993-cü ildə FBR-in sədri (1993-cü ilin aprel ayında Texas ştatının Vebko şəhərində Davudiyyə təriqətinə hücum zamanı insan hüquqlarının pozulmasına və bu fərdi xristian təriqətinin 82 nəfər üzvünün qətlə yetirilməsinə və MKİ-nin sədri olduğu illərdə 2003-cü ildə Əfqanıstan və İraqda insan hüquqlarının pozulmasına görə);
2. General Jefri Miller (Geoffrey D. Miller) – 2002 – 2008-ci illərdə Quantanamo həbsxanasının komendantı, insan hüquqlarının pozulmasına, məhbuslara əzab və işgəncə verilməsinə görə;
3. Admiral Jefri Harbeson (Jeffrey Harbeson) - Quantanamo həbsxanasının hazırkı komendantı, 2010-cu ildən məhbuslara əzab və işgəncə verilməsində və insan hüquqlarının pozulmasında iştirakın davam etdirilməsinə görə;
4. Kapitan Vilyam Rocers (Wilyam Rogers) – 3 iyul 1983-cü ildə İranın sərnişin təyyarəsinə hücum edən Amerikanın “Vinses” gəmisinin kapitanı;
5. Frank J. Gardner - 2003-cü ildə Amerikanın İraqdakı ilk hərbi komandanı – İraqın müxtəlif bölgələrində dinc sakinlərin öldürülməsinə, insan hüquqlarının pozulmasına görə;
6. Pol Bremer - 2003-cü ildən Amerikanın İraqdakı hərbi komandanı, İraqın müxtəlif bölgələrində dinc sakinlərin öldürülməsində iştiraka, insan hüquqlarının pozulmasına, məhbusların Əbu-Qureyb həbsxanasında saxlanılmasına və işgəncə verilməsinə görə;
7. Donald Ramsfeld – 2001-2006 cı illərdə Amerikanın müdafiə naziri – dinc sakinlərin öldürülməsinə, Əbu-Qureyb və Quantanamo həbsxanalarında məhbuslara işkəncə verilməsinə, Əfqanıstanda və İraqda minlərlə günahsız insanın öldürülməsinə görə;
8. Riçard Perl – 2003-cü ildə Amerikanın Müdafiə Nazirliyinin hərbi rəsmilərindən biri - Əfqanıstanda və İraqda keçirilən hərbi əməliyyatları hazırlayanlardan biri, bu iki ölkədə Amerika hərbi qüvvələri tərəfindən törədilmiş cinayətlərdə iştiraka görə;
9. Pol Vulfoviç – 2003-cü ildə Amerika müdafiə nazirinin müavini - Əfqanıstana və İraqa hücum planını hazırlayanlardan biri – bu iki ölkədə törədilmiş cinayətlərdə iştiraka görə;
10. General Con Kin (John M.Keane) – Amerika ordusunun Baş Qərargah rəisinin müavini – 2003-cü ildə dinc sakinlərin öldürülməsinə, Əbu-Qoreyb və Quantanamo həbsxanalarında məhbuslara işgəncə verilməsinə, Əfqanıstanda və İraqda insan ha pozulmasına görə;
11. General Riçard Kodi (Richard A.Cody) - Amerika ordusunun Baş Qərargah rəisinin müavini – 2004-cü ildə dinc sakinlərin öldürülməsində iştiraka, Əfqanıstanda və İraqda insan hüquqlarının pozulmasına görə;
12. General Ceyms Mattyus – Amerika ordusunun hərbi əməliyyatlar komandanı – 2003-cü ildə İraqın Fəllucə şəhərində dinc sakinlərin öldürülməsinə, bəşəriyyətə qarşı cinayətlərdə iştiraka görə;
13. General Corc Keysi - 2003 – 2007-ci illərdə Amerika ordusunun Baş Qərargah rəisinin müavini və sonra rəisi - Əfqanıstanda və İraqda dinc sakinlərin öldürülməsinə, İranın Ərbil şəhərindəki konsulluğunun ələ keçirilməsi və orada 5 İran diplomatının həbs edilərək iki il yarımdan artıq müddətdə onlara əzab və işgəncə verilməsinə və insan hüquqlarının pozulmasına görə;
14. ABŞ Silahlı Qüvvələrinin komandanı general Ricardo Sançez - “Əbu Qureyb” həbsxanasında məhbuslara və İraqda dinc sakinlərə verilən işgəncələrə, insan haqlarını pozduğuna və ABŞ dövlət terrorçuluğunda iştiraka görə;
15. ABŞ-ın İraqdakı Silahlı Qüvvələrinin komandanı general Tommi Franks – İraqın işğal olunmasından sonrakı müddətdə insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
16. ABŞ-ın İraqdakı Silahlı Qüvvələrinin keçmiş komandanı və ABŞ və NATO-nun Əfqanıstandakı Silahlı Qüvvələrinin sonrakı komandanı (MKİ-nın rəhbərliyinə indiki namizəd) general Deyvid Petreus - insan haqlarının geniş şəkildə pozulmasında, İraq və Əfqanıstandakı dinc əhalinin öldürülməsində və narkotik vasitələrinin qaçaqmalçılığında iştiraka görə;
17. ABŞ-ın İraqdakı Silahlı Qüvvələrinin keçmiş komandanı general Reymond Odirno - 2003 – 2008 illərdə İraqda insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
18. “Əbu Qureyb” həbsxanasının rəisi general Cans Karbinski - məhbuslara verilən işgəncələrə, İraqda insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
19. “Əbu Qureyb” həbsxanasının məsul şəxsi general Estiven Kasbun -məhbuslara verilən işgəncələrə, İraqda insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
20. ABŞ-ın Əfqanıstandakı Silahlı Qüvvələrinin komandanı general Stenli Makkristal - dinc əhalinin öldürülməsində, Baqram həbsxanasında məhbuslara verilən işgəncələrdə, insan haqlarını pozulmasında və narkotik vasitələrinin qaçaqmalçılığında iştiraka görə;
21. Baqram hərbi hava bazasının Əfqanıstandakı komandanı general Cek Berigez -“Cendulla” terrorist təşkilatının üzvlərini təchizat və təlim sahəsində dəstəklədiyinə, Əfqanıstanda terrorizmi dəstəklədiyinə, Əfqanıstanda dinc əhalinin öldürülməsində və insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
22. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Luis Freeh - İraq və Əfqanıstanda insan haqlarını pozulmasında və məhbuslara verilən işgəncələrdə iştiraka görə;
23. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Robert Müller - Əfqanıstanda və İraqda dinc əhalinin öldürülməsində və insan haqlarının geniş şəkildə pozulmasında iştiraka görə;
24. ABŞ-ın prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri general James Jons - İran xalqına qarşı terrorçuluğunu dəstəkləməkdə və İraqda və Əfqanıstanda terrorist təşkilatlarına yardım göstərməyə görə;
25. ABŞ ordusu baş qərargahının rəisi – Petr Şumaxer (Peter J. Schoomaker) - 2007-ci ildə dinc əhalinin öldürülməsində iştiraka, Baqram və Quantanamo həbsxanalarında məhbuslara işgəncə verilməsinə, İraq və Əfqanıstanda insan haqlarının pozulmasına görə;
26. ABŞ Maliyyə nazirin keçmiş müavini Estvart Levi - İran xalqına qarşı embarqo tətbiqi ilə insan haqlarının pozulması ittihamına görə;
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar