İtaliyada mafiya ilə əlaqədə şübhəli sayılan 140 nəfər saxlanılıb
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu şəxslər “Ndranqeta” kriminal qruplaşmasına qarşı keçirilən geniş miqyaslı əməliyyat çərçivəsində saxlanılıb.
Saxlanılanlar arasında bir neçə yerli siyasətçi də var. Onlar narkotik vasitə daşınmasında, dələduzluq və saxtakarlıqda şübhəli sayılırlar. “Minotavr” adı altında keçirilən əməliyyat Milan, Moden, Turin və Reco-di-Kalabriya şəhərlərini əhatə edib. 4 illik istintaqın nəticəsi olaraq keçirilən bu əməliyyata 1300 polis qatılıb. Təkcə Turin şəhərində hüquq-mühafizə orqanları 70 milyon avro nağd vəsait, o cümlədən bank hesabları, villa və torpaq sahələri üzərinə həbs qoyub.
“Ndranqeta” mafiyası İtaliyanın kasıb Kalabriya əyalətində yaranıb. Hazırda mafiyanın əsas gəlir mənbələri narkotik vasitə ticarətidir və bu ticarətin illik dövriyyəsi on milyardlarla dollara çatır.

562