Terrorçular Moldova Tennis Federasiyasının prezidentini öldürdülər
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində Moldova Tennis Federasiyasının prezidenti İqor Tsurkan ölüb. Bir versiyaya əsasən, Tsurkan maşının yanından keçdiyi vaxt partlayış olub. Digər versiyada isə onun avtomobilə əyləşərək mühərriki işə saldığı vaxt hadisənin baş verdiyi bildirilir.
Tsurkan xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Moldova Tennis Federasiyasının vitse-prezidenti Marina Tauber olayı Tsurkana qarşı sui-qəsd kimi dəyərləndirib. Onun sözlərinə görə, son zamanlar qurumun prezidentinə qarşı təzyiqlər edilirdi.
Qeyd edək ki, İqor Tsurkan Kişinyov meri postuna müstəqil namizəd Mixay Qodyanın seçki qərargahının rəhbəri idi.

421